• $
  • €
  • ₽
  • ₺
  • £

Xızıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs yaxalanıb

Xızıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs yaxalanıb
14.11.2021 13:30
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları taksi sürücülərinə qarşı törədilən dələduzluq faktının üstünü açıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Anews.az-a verilən məlumata görə vətəndaşlardan daxil olan müraciətlər əsasında Elnur Əsgəroğlu saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs ayrı-ayrı vaxtlarda taksi şirkətlərinə zəng edərək taksi sifariş verib və daha sonra təyin olunan taksi sürücüləri ilə telefon ilə əlaqə saxlayaraq onları Xızı rayon Mərkəzi Xəstəxanasına yönləndirib. Daha sonra isə sürücülərə zəng edərək onlardan getdikləri yerdə ayrı-ayrılıqda 630 manat, 55 manat və əlavə olaraq 40 manat ödəniş etmələrini xahiş edib və bunun üçün onlara iki ədəd bank hesabı nömrəsi göndərib. İşi yekunlaşdırandan sonra isə sifariş sona çatanda ödədikləri məbləği və yol pulunu onlara qaytaracağını vəd edib. Lakin sürücülər tərəfindən bank hesablarına pul ödəndikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs bundan başqa da ayrı-ayrı vaxtlarda taksi sürücülərinə qarşı eyni əməli törədib. Bütün toplanmış materiallar əsasında E.Əsgəroğlu barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunub.
Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol