• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycanlılar kran gətiriblər, nəsə qazırlar...” - Zəngəzurun Çakaten kəndi ətrafında nə baş verir?

“Azərbaycanlılar kran gətiriblər, nəsə qazırlar...” - Zəngəzurun Çakaten kəndi ətrafında nə baş verir?
14.11.2021 21:22
Zəngəzurun hazırda Ermənistanın Qafan rayonuna aid olan Çakaten kəndi ətrafında Azərbaycan tərəfi gömrük məntəqəsi yerləşdirməyə hazırlaşır.

Anews.az  virtualorg.az-a istinadən xəbər verir ki, Ermənistanda nəşr olunan "Hraparak” qəzetinin yazdığına görə, kəndin ətrafında azərbaycanlılar vaqon yerləşdiriblər və onu gömrük məntəqəsinə çevirməyə hazırlaşırlar.


Çakaten kəndi Gorus-Qafan yolunun üzərində yerləşir və bəlli olduğu kimi, ötən ilin dekabrından etibarən həmin yolun bir hissəsi Azərbaycanın nəzarətinə keçib. Bir neçə gün əvvəl isə Azərbaycan tərəfi yolun Qubadlının Eyvazlı və Çayzəmi kəndləri arasından keçən hissəsində gömrük-sərhəd nəzarəti tətbiq edib, nəticədə, Ermənistan vətəndaşları artıq bu yoldan istifadə edə bilmirlər. Və Tatev kəndindən keçən alternativ, hələ hazır olmayan və yağışlı-qarlı havalarda keçilməz dağ yoluna istiqamətləniblər. O cümlədən Ermənistana yük daşıyan İran TIR-larının bir qismi bu yoldan istifadə edir və tez-tez qəzalar baş verir.

Gorus-Qafan yolu həm də qismən Zəngilan rayonu ərazisindən keçir və Çakaten kəndinin sakinləri Qafana getmək üçün bu yoldan istifadə edirlər. Kəndin administrasiyasının keçmiş rəhbəri Ara Abramyan azərbaycanlıların yolun üzərində vaqon yerləşdirdiklərini təkzib etməyib. Amma deyib ki, Azərbaycan tərəfinin məhz nə quraşdırdığını bilmir.

"Onlar nəsə qazırlar, kran gətiriblər və hansısa işləri yerinə yetirirlər, amma bilmirəm ki, məhz nə edirlər”, - o bildirib.

Arutyunyan deyib ki, Azərbaycan tərəfi Çakatendən Qafana aparan yeganə yolun üstündə vaqon yerləşdiriblər və əgər onlar yolu bağlasalar kənd blokadada qalacaq. Zəngəzurun ermənilərin indi Nerkin Hand adlandırdığı kəndinin rəhbəri Xaçatur Baqdasaryan da Azərbaycan hərbçilərinin Çakaten-Qafan yolunda olduqlarını təsdiq edib.

Onun sözlərinə görə, azərbaycanlılar gün ərzində kəndin 3-4 kilometrliyində intensiv iş görüblər, Baqdasaryan təxmin edir ki, bu işlər gömrük məntəqəsinin qurulması üçündür.
"Onlar ağacları kəsiblər, yolu təmizləyiblər. Yolda mən bir-iki azərbaycanlı gördüm, amma heç kim bizi dayandırmadı”, - o bildirib.
 
Baqdasaryan deyib ki, əgər yol bağlansa, onun həmkəndlilərinin də vilayət boyu hərəkəti çətinləşəcək. Kənd sakinləri Mehridən keçib gedə bilərlər, amma bu yol yüz kilometr daha uzundur. Alternativ qrunt yol isə indi keçilməzdir, bu yolla ancaq cip-lər gedə bilər.
Çakaten kəndi Nerkin Hand kəndi ilə Qafan arasında yerləşir, hər iki kəndi Qafanla indi Azərbaycanın nəzarətində olan yol birləşdirir.
Qeyd edək ki, Azərbaycan tərəfi  ötən ilin dekabrından etibarən onun suveren ərazilərindən keçən Gorus-Qafan yolu ilə Ermənistan vətəndaşlarının hərəkətinə imkan yaratmışdı. Lakin erməni tərəfi Zəngəzur dəhlizinin açılmasını müxtəlif bəhanələrlə ləngitməyə çalışdığı üçün görünür Azərbaycan tərəfi öz suveren hüquqlarından istifadə edərək yolun öz ərazisindən keçən hissəsində gömrük-sərhəd nəzarəti tətbiq etməyə qərar verib.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol