• $
  • €
  • ₽
  • ₺
  • £

Bağça müdiri barəsində cinayət işi məhkəməyə göndərilib

Bağça müdiri barəsində cinayət işi məhkəməyə göndərilib
15.11.2021 11:05
Körpələr evi-uşaq bağçasının müdiri barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, Astara rayonu Suparibağ kənd körpələr evi-uşaq bağçasının sabiq müdiri Gülnarə Məcidovanın qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş vətəndaş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Gülnarə Məcidovanın qeyd olunan vəzifədə işləyərkən 2017-2020-ci illər ərzində rəhbərlik etdiyi müəssisənin 3 işçisinin faktiki olaraq işə gəlməyərək əmək funksiyalarını icra etməməsinə baxmayaraq, müvafiq rəsmi sənədlərə onların guya işə çıxması və əməkhaqqı almasına dair bilə-bilə yalan məlumatlar daxil etməsinə, bu yolla da özündə saxladığı həmin şəxslərin adlarına olan əməkhaqqı kartlarına köçürülmüş ümumilikdə 14 min manat məbləğində pul vəsaitini qanunsuz olaraq ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Gülnarə Məcidovaya Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

İstintaq zamanı dəymiş ziyanın tam ödənilməsi təmin edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol