• $
  • €
  • ₽
  • ₺
  • £

Amnistiya aktı artıq 500 nəfərə tətbiq olunub

Amnistiya aktı artıq 500 nəfərə tətbiq olunub
15.11.2021 12:19
"Amnistiya aktı qəbul edilən andan qüvvədədir. 5 noyabrda Milli Məclis tərəfindən Amnistiya aktı qəbul edilib və həmin gündən də onun tətbiqinə başlanılıb. Tətbiqi prosesi isə cəzaçəkmə müəssələri, probasiya xidməti, məhkəmələr, təhqiqat və istintaq orqanları və hərbi hissəsinin komandanlığı tərəfindən həyata keçirilir. Eyni zamanda, prokuror da iştirak edir. Bir sıra məsələlər prokurorla razılaşdırılıb həyata keçirilir”.

Bu fikirləri Anews.az-a açıqlamasında Prezident yanında Əfv Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun  rəhbəri Əliməmməd Nuriyev deyib. 

Ə.Nuriyev bildirib ki, Amnistiya aktının ümumilikdə 16-17 min nəfəri əhatə etməsi gözlənilir.

"Onlardan 5500 nəfər cəzadan azad ediləcək, o cümlədən 3 mini cəzadan tam azad ediləcək. Digər hissəsinin cəzası azaldılacaq. 8800 nəfər isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan digər cəzalardan azad ediləcək. Burada ictimai işlərdə cərimə cəzalarından, islah işlərindən, eyni zamanda müəyyən vəzifə tutmaq hüququndan məhrum edilən şəxslərdən söhbət gedir. Bu da 15 minə yaxın şəxs əhatə edir”.

Ə.Nuriyev bildirib ki, hərbi hissə komandanlığı tərəfindən intizam xarakterli cəzalar tətbiq edilmiş şəxslər hərbi hissələrdən buraxılacaq.

"Amnistiya aktı kimə şamil olunursa, dərhal sənədlər prosedurlardan keçəndən sonra tətbiq edilir. Artıq 500 -ə yaxın şəxsə tətbiq olunub. Proses davam etməkdədir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol