• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşadakı 700 manatlıq hesab iddiası ilə bağlı - “Qoç ət”dən açıqlama

Şuşadakı 700 manatlıq hesab iddiası ilə bağlı - “Qoç ət”dən açıqlama
15.11.2021 12:25
Sosial şəbəkədə Şuşa şəhərində açılmış yeni restoranlardan birində nahar edən hərbçilərimizə yüksək məbləğdə hesab gəlməsi ilə bağlı xəbər yayılıb. İddia edilir ki, Şuşada xidmət edən şəxslərə nahar üçün 700 manat qiymət oxuyublar. Məlumata görə, restoranın idarəçiləri ilə hərbçilər arasında mübahisə düşüb. 
 
Məsələ sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Səhifələrdə edilən paylaşımlar kəskin reaksiya doğurub, bunu savaşdan qalib çıxan hərbçilərlə hörmətsizlik kimi qiymətləndiriblər. Paylaşımlardan bir neçəsində həmin restoranın "Qoç ət” olduğu ilə bağlı iddialar da yer alıb. 

"Qoç ət” restoranlar şəbəkəsi məlumatı təkzib edib: 
 
"Şuşa işğalçılardan azad ediləndən sonra, biz "Qoç ət” olaraq böyük qürur hissi ilə xalqımıza xidmət etmək üçün bu şəhərdə filialımızı açmışıq. Restoran fəaliyyətə başlayandan bir həftə ərzində orada xalqımıza tamamilə təmənnasız xidmət etmişik. Açılışdan bəri hərbiçilərimizə özəl endirimlər etmişik və bu kampaniya bu gün də davam edir, gələcəkdə də edəcək. Şuşada çay hərbçilər və qazilər üçün pulsuzdur. Həmçinin, Şuşada şəhid ailələri üçün xidmət pulsuzdur. Bu filialda bir çox məhsullar və təamlar qonaqlar üçün, ümumiyyətlə, maya dəyərinə satılır, heç bir xeyir götürülmür. Hətta bəzən qonaqlara belə təmənnasız xidmət edirik. Ötən gündən bəri yayılan məlumat yalan, böhtan və təxribatdır. Şuşada yerləşən restoranımızda belə bir hal baş verməyib. Şuşa filialımızı açmaqda məqsədimiz gəlir qazanmaq deyil, biz o filialdan qazanc əldə etmirik. Məqsədimiz yalnız hərbiçilərə, qazilərə, şəhid ailələrinə, orada olan qonaqlara və Şuşanın yenidənqurmasında iştirak edən işçi heyətə xidmət etməkdir!” 
 
Şirkətdən həmçinin bildirilib ki, "Qoç ət” istər Vətən müharibəsi dövründə, istərsə də, müharibədən sonrakı dövrdə şəhid ailələri və qazilərə, o cümlədən, hərbçilərə qayğı ilə yanaşıb: "Vətən müharibəsi dönəmində dəfələrlə Ordumuza yardımlar etmişik. Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən əks-hücum əməliyyatlarında ön cəbhədə döyüşən əsgərlərimizin yanında olmuşuq, onlara dəstək olmuşuq. "YAŞAT” Fondunun təşkil etdiyi, bir neçə gün əvvələ qədər davam edən "Zəfər yarmarkası”nda iştirak etmişik və oradan əldə olunan gəlirin hamısını fonda yönəltmişik. Restoranlarımıza şəhid ailələrini qonaq kimi dəvət edirik və onlara təmənnasız xidmət edirik. Azərbaycan xalqına, özəlliklə şəhid ailələrimizə, qazilərimizə və hərbiçilərimizə xüsusi diqqət və qayğı göstərməyə davam edirik. Belə xeyriyyəçi fəaliyyətlə məşğul olan şirkət əleyhinə aparılan kampaniya həm də şəhidlərimizin, qazilərimizin qanı və canı hesabına qazanılan böyük zəfərə kölgə salmaqdır”.


(Qafqazinfo)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol