• $
  • €
  • ₽
  • ₺
  • £

Vaksinasiya prosesi və peyvəndləmə ilə bağlı təbliğat kampaniyası keçirilir

Vaksinasiya prosesi və peyvəndləmə ilə bağlı təbliğat kampaniyası keçirilir
15.11.2021 13:45
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün üçüncü təbliğat kampaniyasını həyata keçirir.
 
TƏBİB-dən Anews.az-a verilən məlumata görə, həm "Peyvənd olunaq - darıxdığımız həyatı qaytaraq” şüarı ilə həyata keçirilən təbliğat kampaniyası, həm də onun davamı olan "Birimiz hamımız üçün peyvənd olunaq” çağırışı pandemiya ilə mübarərizənin ən təsirli yolunun vaksinasiya olduğunu göstərdi.
 
Hazırda isə 3-cü dozanın əhəmiyyətindən bəhs edən "Peyvəndlə güclənək, qalib gələk” şüarı ilə davam edən təbliğat kampaniyasında COVID-19 pandemiyasından tamamilə xilas olmağın yeganə yolunun gücləndirici doza ilə peyvəndlənmək olduğu göstərilir.
 
Kampaniya üçün nəzərdə tutulan sosial media məzmunu, video və radioçarxlar, çöl reklamları və çap materiallarında 2 doza peyvənd olunan şəxslərin 3-cü doza ilə güclü immunitet qazanaraq COVID-19 pandemiyasına qalib gəlmələri əks olunur.
 
Kampaniya çərçivəsində işıq üzü görən videoçarxda fərqli yaş, peşə, həyat tərzinə malik hər bir şəxs üçün 3-cü dozanın həyati əhəmiyyət kəsb etdiyi vurğulanır.
 
"Əsas mesaj isə ondan ibarətdir ki, uzun müddətdir mübarizə apardığımız pandemiya üzərində qələbə qazanmağın yeganə yolu vaksinasiya ilə immuniteti gücləndirməkdir. Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: Peyvəndlə güclənək, qalib gələk!
Kampaniyanın kommunikasiya strategiyası "Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılıb", - TƏBİB-dən bildirilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol