• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniya azad olunan ərazilərin minalardan təmizlənməsinə pul ayırıb

Britaniya azad olunan ərazilərin minalardan təmizlənməsinə pul ayırıb
15.11.2021 15:45
Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Deyvid Evans Britaniya hökumətinə ölkəsinin Azərbaycanın minalardan təmizləmə üzrə səylərinə bugünədək necə dəstək verdiyi, eləcə də bundan sonra hansı əlavə dəstəyi göstərəcəyi ilə bağlı yazılı sual ünvanlayıb.
 
Anews.az xəbər verir ki, Britaniya Xarici İşlər və İnkişaf nazirinin müavini Lord Qoldsmit parlamentarinin sualına belə cavab verib:
 
"Britaniyanın Azərbaycana minalar məsələsi ilə bağlı nə cür dəstək göstərə biləcəyinin müəyyən edilməsi üçün 2021-ci ilin iyun ayında Britaniyanın Müdafiə Nazirliyi Azərbaycana partlayıcı silahlarla mübarizə üzrə mütəxəssis göndərib. Sentyabr ayında isə Britaniya XİN-in Avropa qonşuluğu və Amerika regionu üzrə dövlət naziri xanım Vendi Morton regionda mövcud mina probleminin aradan qaldırılması istiqamətində zəruri addımların atıla bilməsi üçün ölkəsinin BMT-nin İnkişaf Proqramına 500000 funt sterlinq maliyyə yardımı ayırdığını elan edib. Bəhs olunan maliyyə vəsaiti Azərbaycanda minalardan təmizləmə işlərinə dəstək vermək məqsədi ilə bu sahə üzrə təlimlərin keçirilməsi və mütəxəssislərin cəlb edilməsinə xərclənəcək”.
 
Britaniyalı parlamentarinin sualı, eləcə də XİN rəsmisinin cavabı Britaniya parlamentinin rəsmi internet səhifəsinə yerləşdirilib.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol