• $
  • €
  • ₽
  • ₺
  • £

Vahid əlaqələndirmə mərkəzlərinə 3 250 şəhid ailəsi üzvü və qazi müraciət edib

Vahid əlaqələndirmə mərkəzlərinə 3 250 şəhid ailəsi üzvü və qazi müraciət edib
15.11.2021 15:54
Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən yaradılan vahid əlaqələndirmə mərkəzlərinə bu günədək şəhidlərimizin ailə üzvləri, müharibə əlilləri və Vətən müharibəsində xəsarət almış hərbi qulluqçulardan ibarət 3250 şəxs (o cümlədən Çağrı mərkəzi-142 vasitəsilə 238 şəxs) müraciət edib.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Anews.az-a verilən məlumata görə, Bakı şəhərində və Abşeron rayonundakı DOST Mərkəzlərində fəaliyyət göstərən bu mərkəzlərdə qeyd edilən kateqoriyalara aid vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə 21 dövlət orqanı (6 mərkəzi, 15 yerli icra hakimiyyəti orqanı) tərəfindən 26 istiqamətdə xidmətlər "bir pəncərə”dən, operativ, şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir.
 
Mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimidir:
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 999 müraciət;
Müdafiə Nazirliyi üzrə 1335 müraciət;
Səhiyyə Nazirliyi üzrə 67 müraciət;Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 153 müraciət;
Yerli icra hakimiyyəti orqanları üzrə 190 müraciət;
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 66 müraciət;
Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 206 müraciət;
Çağrı mərkəzi-142 vasitəsilə 238 müraciət.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol