Bakıda narkotacirə hökm oxunub

Bakı Ağır Cinayət Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qəşəm Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
www.anews.az
Anews.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən şəxsin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, Q.Quliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Q.Quliyev hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ondan 30 qram narkotik maddə olan marixuana aşkarlanıb.
Xatırladaq ki, Q.Quliyev əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayıb və 2019-cu ildə azadlığa buraxılıb. Bu il isə narkotik satarkən yaxalanıb.www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























