• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə sənayesi naziri “Dubai EXPO-2020” sərgisini ziyarət edib

Müdafiə sənayesi naziri “Dubai EXPO-2020” sərgisini ziyarət edib
15.11.2021 16:07
"Dubai Airshow 2021” 17-ci aviasiya sərgisində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏ) rəsmi səfərdə olan Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə "Dubai EXPO-2020” beynəlxalq sərgisini də ziyarət edib.
 
Bu barədə Anews.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, 2021-ci ilin 1 oktyabr tarixində start götürən və 2022-ci ilin 31 mart tarixinədək davam edəcək "Dubai EXPO-2020” ümumdünya sərgisində Azərbaycan milli pavilyonu "Gələcəyin toxumları” mövzusu ilə təmsil olunur.
 
Heydər Əliyev Mərkəzinin təşkil etdiyi Azərbaycan milli pavilyonunda ziyarətçilərə Azərbaycanın mədəni irsi, tarixi barədə ətraflı məlumat verilir.
 
Eyni zamanda əzəli Azərbaycan torpağı olan Qarabağın tarixi, mədəniyyəti və qədim Şuşa şəhəri haqqında məlumatlar ziyarətçilərə çatdırılır.
 
Azərbaycanın milli pavilyonunu ziyarət edən nazir Mədət Quliyev daha sonra qardaş Türkiyənin və digər dövlətlərin pavilyonları ilə də tanış olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol