• $
  • €
  • ₽
  • ₺
  • £

Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə müraciət edib

Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə müraciət edib
15.11.2021 17:04
2022-ci il üçün əkin bəyanlarının qəbulu dekabrın 30-da başa çatacaq.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) növbəti dəfə fermerlərə müraciət edib. Müraciətdə bildirilir ki, 30 dekabr tarixinə qədər payızlıq əkinlər bəyan olunmalıdır. Fermerlər bəyanlarını eagro.az saytı vasitəsi ilə sistemə online şəkildə bilavasitə özləri, həmçinin Sabirabad, Masallı, Şəki, Kürdəmir, Ağcəbədi, Bərdə, Qəbələ, İmişli, Şamaxı, Tovuz, Balakən, Gəncə Regional ASAN xidmət mərkəzlərinə, Xaçmaz və Yevlax KOB evlərinə, bütün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM) gəlməklə edə bilərlər.

Fermer bəyan edərkən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) elektron kabinetin aktivləşdirilməsinə, əkilən və ya yerdə mövcud bitkinin doğru seçilməsinə, bəyan hektarının konturlarının doğru qeyd olunmasına, əkin yerinin elektron xəritədə düzgün qeyd edilməsinə və əkini yalnız öz istifadəsində olan ərazilərdə bəyan etməsinə diqqət etməlidir.

Vaxtında edilməyən və ya yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək. Bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının 2022-ci ilin ilk aylarında ödənilməsinə imkan yaradacaq. Monitorinq zamanı aşkarlanmış yalnış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi halı ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra (monitorinqə düşməzsə) yalnış bəyan müəyyən edilərsə İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq olunacaq.

Aqrar Kredit və İnkşaf Agentliyi fermerlərə müraciət edərək bildirir ki, payızlıq əkinlər üçün bəyanların son müraciət tarixi 30 dekabrda başa çatır. Buna görə də fermerlərdən prosesi təcili şəkildə sürətləndirmələri və qısa vaxtda əkinlərini bəyan etmələri xahiş olunur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol