• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ alınsın, səni özüm alacam” deyən şəhidə o qızdan reaksiya

“Qarabağ alınsın, səni özüm alacam” deyən şəhidə o qızdan reaksiya
15.11.2021 21:52
44 günlük Vətən Müharibəsində şəhid olan Daşqın Şəfiyev sosial şəbəkədə yaydığı bir video ilə yaddaşlarda silinməz iz buraxıb. Bu videolentdə o, "30 ildir həsrətində olduğumuz torpaqlar alındı, məni alan olmadı",-deyə sosial şəbəkədə hisslərini ifadə edən bir qıza "gecə-gündüz Qarabağın alınması üçün əsgərlərimizə dua elə, səni yerin dibində də olsan tapıb özüm alacam" söyləməklə reaksiya vermişdi.

O zaman Daşqının həmin videosu yayılanda, gənclərin reaksiyası sosial şəbəkə izləyicilərində maraq doğurduğundan hamı müharibənin başa çatmasını səbirsizliklə gözləyirdi ki, görək işin axırı necə olacaq...

Təəssüf ki, amansız ölüm gənclərin qovuşmasını əngəllədi...

Daşqın Şəfiyev müharibənin bitməsinə bir neçə gün qalanda - noyabr 5-də şəhidlik zərvəsinə yüksəldi. O, ən böyük arzusunu - ata-baba yurdu Kəlbəcərdə özünə toy etmək istəyini gerçəkləşdirə bilmədi.

Kəlbəcəri 4 yaşında tərk edən Daşqın Şəfiyev 31 yaşında Qarabağ uğrunda döyüşlərdə haqq dünyasına qovuşdu.

Daşqın Şəfiyev 1989-cu il avqustun 22-də Rusiyanın Krasnodar şəhərində anadan olub. 1995-2006-cı illərdə Samux rayonunda Seyidlər kənd tam orta məktəbində təhsil alıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Qubadlı və Lzaçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Daşqın Şəfiyev noyabrın 5-də Laçın döyüşləri zamanı şəhid olub. Onun nəşi Samux rayonunun Seyidlər kəndində torpağa tapşırılıb.

Anews.az  modern.az-a istinadən xəbər verir ki, Daşqın Şəfiyevin reaksiya verdiyi - "səni özüm alacam" dediyi həmin xanım Gürcüstanda yaşayan Nana adlı soydaşımızdır.
Şəhidin anası Gülnaz Şəfiyeva deyib ki, Daşqının mesaj ünvanladığı həmin qız onun doğum günündə Gəncədəki evlərinə böyük bir çələng göndərib:

"Artıq bir ildi ki, torpaqlarımız düşməndən azad olunub, Daşqın kimi neçə-neçə igidimiz bu torpaqlar uğrunda canını fəda edib. Övlad dərdinin heç bir çarəsi yoxdu, ölən günə qədər mənimlə gedəcək.
Bu günə qədər xalqım, Daşqının dostları, yaxınlarım, dövlətim bizi tək qoymayıb. Hər gün Daşqının qonağı olub, məzarını ziyarət ediblər.
Zəfər günündə həm sevindim, həm də kədərləndim. Kaş ki, Daşqın və onun kimi igidlərimiz torpaqlarımızın azadlığını, Zəfər gününü görərdilər. Çox təəssüf, şəhidlərimizə bu sevincli günü görmək qismət olmadı.

Daşqını ən çox tanıdan özünün çəkdiyi həmin video oldu. O, qızı həyatda görməmişdi. Həmin qız Daşqının doğum günündə bizə böyük bir çələng göndərmişdi. İldönümündə Daşqına həsr olunmuş mahnı da ərsəyə gətirib, həmin gün Gürcüstanda Daşqının şəklini çıxartdırıb, maşınların arxasına vurdurmuşdu".
Şəhid anası oğlunun qanı tökülən torpaqlara səfər etmək istədiyini deyib:

"Daşqının ən böyük arzusu Kəlbəcəri görmək idi. Daşqın toyunu Kəlbəcərdə etmək istəyirdi. Amma qismət olmadı. İstərəm ki, oğlumun qanı tökülən torpaqları ziyarət edim. Onun nəfəsini həmin torpaqlarda duymaq arzusundayam".
Şəhid Daşqın Şəfiyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad edilməsi uğrunda" və "Laçının azad edilməsi uğrunda" medalları ilə təltif olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol