• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda hərəkət iflic oldu

Bakıda hərəkət iflic oldu
11.05.2014 13:30

Bakının bir neçə mərkəzi prospekt və küçələrində nəqliyyat vasitlərinin hərəkəti iflic olub. 

ANS PRESS-in məlumatına görə, paytaxtın mərkəzində yerləşən Rəşid Behbudov, 28 May və Səməd Vurğun küçələrində hazırda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Nəticədə şəhərin mərkəzində yerləşən küçə və prospektlərdə uzun tıxaçlar yaranıb. Sürücülər isə alternativ yollardan istifadə ilə bağlı onlara xəbərdarlıq edilmədiyindən şikayətlənirlər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ANS PRESS-ə açıqlamasında Fransa prezidenti Fransua Ollandın Bakıya gəlişi ilə əlaqədar olaraq bəzi yollarda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağını söyləyib:

"Şəhər istiqamətində Aeroport şosesi, Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Neftçilər və Nobel prospekti və həmin marşurutla İçərişəhər istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyulacaq. May ayının 12-də isə Aeroport şosesi ilə Buzovna, Mərdəkan istiqaməti və digər tədbirlərin keçirildiyi tədbirlərin istiqaməti üzrə fasilələrlə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Avtomobillərin hərəkəti başqa istiqamətlərə yönəldiləcək". 

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland 11 may tarixində Azərbaycan səfər edəcək. Ollandın səfəri çərçivəsində siyasi, iqtisadi və mədəni sahədə bir çox məsələlər müzakirə olunacaq. Fransa prezidentin Bakıdan başlayan səfəri İrəvana, ordan da Tiflis şəhərinə yollanacaq. 

ANS PRESS

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol