Abşeron sakini döyülüb

Bakıda quldurluq hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə noyabrın 15-də saat 2 radələrində Lökbatan qəsəbəsi ərazisində 2 nəfərin Abşeron rayon sakini S.Səlimlini döyərək 1 725 manat pulunu və mobil telefonunu almaları barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini N.Nəsirov saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























