• $
  • €
  • ₽
  • ₺
  • £

AXCP üzvü həbsxanada aclıq aksiyası keçirir

AXCP  üzvü  həbsxanada aclıq  aksiyası  keçirir
16.11.2021 16:13
AXCP üzvü Saleh Rüstəmov artıq 11 gündür ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin müalicə  müəssisəsində  aclıq aksiyası keçirir. Bu barədə  onun vəkili Bəhruz Bayramov məlumat  verib. 

"Saleh Rüstəmov 11 gündür aclıq aksiyası keçirir. Buna səbəb adının icrasına başlanılan son Amnistiya Aktına düşməməsi, üç ilədək həbsdə qanunsuz saxlanılması və ailəsinə məxsus mülkün müsadirə edilməsidir",  -  deyə vəkil bildirib.  
 
Bəhruz Bayramovun sözlərinə görə,  bu gün o, xəstə  və onun ailə üzvləri ilə görüşüb. 
 
"Ailə üzvləri Saleh Rüstəmovdan aclığı dayandırmağı tələb edib. Təəssüf ki, istəklərinə nail ola bilməyiblər.  Hazırda o həkim nəzarətindədir və bu gün yenidən müayinə olunub. Nəticədə Rüstəmovun az miqdarda sudan istifadə etdiyi məlum olub. Bu da quru aclıq kimi qiymətləndirilir və gələcəkdə böyük problemlərə səbəb ola bilər. Rüstəmova sistem köçürülməsi və dərmanlardan istifadə etmək də məsləhət görülüb”, deyə vəkil vurğulayıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsi Rusiya vətəndaşı Saleh Rüstəmovun 7,3 ilmüddətinə  azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb. O,  Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olmaqda, gəlirlərini dövlətdən gizlətməkdə və qanunsuz yolla əldə etdiyi qazancını Azərbaycan Xalq Cəbhəsi partiyasına göndərməkdə ittiham edilib.
 
Saleh Rüstəmov birinci Qarabağ müharibəsi iştirakçısı və  Gədəbəy rayonunun sabiq icra başçısı olub.

Fidan Salmanova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol