• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Sabirabadda universitet açılmasını istəyir

Deputat Sabirabadda universitet açılmasını istəyir
16.11.2021 16:57
"Bu il Sabirabadda 37 nəfər 500-700 bal arası nəticə göstərib. Keçən il sonuncu sırada olan Sabirabad bu il 73 rayon arasında 25-ci yerdədir. Bu, çox yaxşı nəticədir. Lakin çox təəssüf ki, məktəb məzunlarının 47 faizi ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etməyib. Bununda öz səbəbi var”. 

Bunu deputat Kamal Cəfərov parlamentdə büdcə müzakirəsində çıxış edərkən deyib. 

O qeyd edib ki, universitetlərin əksəriyyəti Bakıdadır:
 
"Kənd camaatının uşaqlarını Bakıda oxutmağa göndərməyə nə pulu, nə də şəraiti var. Sabirabad rayonunun aqrar rayon olduğunu, bir neçə rayon üçün mərkəz rayon rolunu oynadığını nəzərə alaraq Sabirabadda Aqrar Universitetin filialının yaradılmasına ehtiyac var.

Sabirabadda Aqrar Universitetin yaradılması təkcə təhsilin inkişafı deyil, həm də rayonda gəncləri radikal meyillərdən, pis vərdişlərdən qoruya bilər, o cümlədən erkən nikahların qarşısını ala bilər. Çünki təhsil prosesindən keçən hər bir gəncin mənfi əməllərə qarşı təfəkkürü formalaşır. Onlar axır-əvvəl həyatda özlərinə yer tapırlar. Hesab edirəm ki, bu, dövlət mənafeyi baxımından vacibdir, ona görə də müəyyən ixtisaslar üzrə Sabirabadda Aqrar Universitetin filialı yaradıla bilər”, - deyə deputat əlavə edib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol