“Zəng etdi ki, general rütbəsi alıb, ona hədiyyə gətir”

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə iş adamı Hüseyn Səfərov ifadə verib.
Zərərçəkmişin sözlərinə görə, söhbətlərin birində Mövlam Şıxəliyev ondan ən azı 2 milyon dollar verməsini tələb edib: "67 gün ərzində mənə hədə-qorxu gəlib təzyiq göstərdilər ki, pulu tez düzəldib verim. O günlərdə qohumlarım 1 milyon 650 min dollar düzəldib oğlum Rüstəmə vermişdilər. Oğlum həmin məbləği MTN poliklinikasının yanında Vüsal Ələkbərova verdi. Pulu alandan bir neçə gün sonra məni də buraxdılar. Vüsal Ələkbərov Mövlam Şıxəliyevin göstərişi ilə həkimlərdən rəy aldı ki, guya ağır xəstəyəm, buna görə barəmdə həbs qətimkan tədbirini dəyişdirdi. Cinayət işinin içində dediklərimi sübut edən telefon danışıqlarının çıxarışı var. Mən girov götürüləndə "Kapital Bank”da filial müdiri vəzifəsində işləyirdim. Qalan 350 min dolları verməsəm, məni və oğlumu həbs etməklə yenə də hədələdilər. Ailə üzvlərimə və yaxınlarıma həqiqətə uyğun olmayan ərizələr yazdırıb işə əlavə ediblər. Bu birbaşa sübutların saxtalaşdırılmasıdır.
Hüseyn Səfərov deyib ki, Vüsal Ələkbərov hazırda da ona hədə-qorxu gəlir: "Deyir ki, "bu məhkəmə ona cəza təyin edəcək, yuxarı məhkəmə də açıb buraxacaq. Özünüzü yorub bizdən şikayət etməyin. Məni Ali Məhkəmədən azad etdikləri kimi Mövlam müəllimi də azad edəcəklər”. Sizdən xahiş edirəm ki, onun barəsində həbs qətimkan tədbiri seçməklə biz zərərçəkənlərə qarşı təzyiqlərinin qarşısını alasınız. Vüsal Ələkbərov mənə məhkəmə binası qarşısında hədə-qorxu gəlir. Ərizəmi geri götürməyəcəyim halda mənim üçün pis olacağını deyir”.
Proses noyabrın 23-də davam etdiriləcək.
Qeyd edək ki, general Mövlam Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib