• $
  • €
  • ₽
  • ₺
  • £

"Elə bil sentyabrın 27-si səhərini yaşayırıq"- Erməni deputat

"Elə bil sentyabrın 27-si səhərini yaşayırıq"- Erməni deputat
16.11.2021 20:58
"Baş verənlər 44 günlük müharibənin baş verənləri ilə  çox bənzəyir”. 

Qaynarinfo xəbər verir ki, bunu Ermınistan parlamentinin "Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyan bu gün, noyabrın 16-da parlamentdə jurnalistlərlə söhbətində Ermənistan-Azərbaycan sərhədində yaranmış gərgin vəziyyətə toxunaraq deyib.

"Dünən biz bütün günü sərhəddəki vəziyyətlə bağlı xüsusi sessiya çağırmağa çalışdıq. Amma bizi sənədləri natamam təqdim etməkdə ittiham etdilər. Ermənistan Respublikası ərazisində döyüşlər gedən zaman Milli Məclisdə civə ilə bağlı qanuna dəyişiklik edilməsi məsələsi müzakirə olunurdu. Məhz səhər saatlarında bunu əsaslandıraraq, dörd günlük bu görüşü boykot etdik. Təbii ki, tək boykotla problem həll olunmayacaq və biz yalnız boykot vasitəsi ilə mübarizə aparmağı seçməmişik. Məndə elə təəssürat yaranıb ki, biz sentyabrın 27-si səhərini yaşayırıq. Elə bir təəssürat yaranır ki, eyni ssenari səhnələşdirilir, biz yenə ərazilərimizi itirəcəyik, daha çox qurban və yaralılarımız olacaq, yeni təslim aktı imzalanacaq. Bu gün əlimizdə olan mənzərə bir daha şübhə doğurur ki, yeni sənədin imzalanmasına haqq qazandırmaq üçün 27 sentyabr ssenarisi təkrarlanır. 

Xamoyanın sözlərinə görə, hazırda fraksiya məlumatları tamamlamalı, konkret olaraq bundan sonra nə edəcəyini başa düşməlidir.

"Sərhəddəki baş verənlər haqqında tam məlumatımız olmadığından, qurbanların, yaralıların, itirilmiş ərazilərin sayına malik olmadığımız üçün hansı tədbirləri görəcəyimizi açıqlaya bilmərəm. Bilmirəm, Nikol Paşinyan bizim partnyorlarımızla əyalət incəliyi ilə, həm də Azərbaycanla operativ əlaqələrlə hansı danışıqlar aparır, Əliyev və Ərdoğana hansı vədlər verir, Putinlə nə danışır, sonra qərarlarını dəyişir. Bütün bunları yalnız güman edə bilərik”, - deyə Aqnesa Xamoyan vurğulayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol