• $
  • €
  • ₽
  • ₺
  • £

"Ölkəmizdə dini təhsil verən universitetlərin güclənməsinə diqqət yetirməliyik" - DEPUTAT

"Ölkəmizdə dini təhsil verən universitetlərin güclənməsinə diqqət yetirməliyik" - DEPUTAT
16.11.2021 22:08
Dünya böyük böhran astanasında olduğundan bir sıra sərt tədbirlərin görülməsinin zəruri olduğu qənaətindəyəm. Dövlət büdcəsinin israf edilməsinə qətiyyən yol vermək olmaz və Hesablama Palatası sərt nəzarəti həyata keçirməlidir. 
 
Anews.az xəbər verir ki, bu sözləri deputat Musa Qasımlı Milli Məclisin bu gün keçirilən plenar iclasında büdcə layihəsinin müzakirəsi zamanı çıxışında deyib. 
 
"İşğaldan azad edilmiş ərazilərimizdə taxılçılığı artırmaqla ölkəmizin xaricdən taxil asılılığını kəskin surətdə azaltmaqda fayda görürəm. Bir neçə il sonra dünyada ərzaq qıtlığının yaranacağını proqnozlaşdırmaq olar. Bir sıra idarə və təşkilatların regional mərkəzlərinin mövcudluğu dövlət büdcəsinə əlavə yük deyilmi? Universitetlərimizin gücləndirilməsi məqsədilə yaxın illər üçün bir neçə universiteti seçib onların inkişafına vəsaitin ayırlması necə olardı? Həmin universitetlər digər ölkələr üçün kadrlar hazırlayan mərkəzlərə çevrilərdi. Bunun da strateji əhəmiyyət daşıyacağı heç kimə sirr deyil. Kənd məktəblərini müəllim kadrları, xüsusən qadın müəllimələrlə təmin etməkdən ötrü proqramların hazırlanmasının və maliyyə vəsaitinin ayrılmasının faydalı olacağına inanıram. Kəndlərin hər birində bir nəfər qadın müəllimənin olmasının qızların təhsilə cəlb olunmasına, erkən nikahların, cəhalətin, xurafatın, nəhayət, müxtəlif təmayüllü radikalizmin qarşısının alınmasına kömək edəcəyi qənaətindəyəm. Ölkəmizdə dini təhsil verən universitetlərin gücləndirilməsinə xüsusi diqqət yetirilməsi, din xadimlərinin ölkəmizdə hazırlanmasının və zəruri maliyyə vəsaitinin ayrılmasının vacib olduğunu düşünürəm", deyə Musa Qasımlı qeyd edib.
     
Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol