• $
  • €
  • ₽
  • ₺
  • £

Taksi sürücüsünü qətlə yetirən şəxsdən XƏBƏR VAR

Taksi sürücüsünü qətlə yetirən şəxsdən XƏBƏR VAR
17.11.2021 09:27
Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
Anews.az xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Cinayət işi hakim Müşfiq Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası hələlik məlum deyil.
 
Bu il iyulun 27-də Lənkəran rayonunun Talışlı kənd sakini İlham Cavadovun yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Prokurorluq və polis əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon sakini E.Hüseynzadənin taksi sürücüsü kimi fəaliyyət göstərən zərərçəkmişin avtomobilinə sərnişin qismində minib evə çatdıqdan sonra aralarında yaranmış mübahisə zamanı bıçaqla İ.Cavadova çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə və daha sonra evinin həyətində basdırmasına əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
E.Hüseynzadə şübhəli şəxs qismində istintaqa cəlb edilib.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol