• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və İsrail kənd təsərrüfatı üzrə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və İsrail kənd təsərrüfatı üzrə əməkdaşlığı genişləndirəcək
17.11.2021 10:42
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə səfəri çərçivəsində İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forerlə görüş keçirilib.
 
Anews.az bu barədə Azərbaycan tərəfinə istinadən xəbər verir.
 
Məlumata görə, görüşdə aqrar tədqiqatlar sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr hazırlığı, aqrar təhsil sahəsində əməkdaşlıq, universitetlər arasında tələbə və müəllim mübadiləsi, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub. Tərəflər Azərbaycan və İsrail şirkətlərinin kənd təsərrüfatı üzrə ixtisaslaşmış sərgilərdə qarşılıqlı iştirakı barədə də fikir mübadiləsi aparıblar. Bildirilib ki, İsrail şirkətləri "Caspian Agro” Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakda maraqlıdır və gələn ildən bu sərgidə daha geniş tərkibdə iştirak edəcəklər.
 
Nümayəndə heyəti səfər çərçivəsində "Volcani Center” Aqrar Tədqiqatlar Mərkəzində olub. Mərkəzdə keçirilən görüş zamanı iki ölkənin aqrar tədqiqatlar sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib, aqrar məlumatlar bazasının formalaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti üçün keçirilən təqdimatda Mərkəzin fəaliyyəti, bitkiçilik, heyvandarlıq, bitki mühafizəsi, torpaqşünaslıq sahəsində tədqiqat istiqamətləri barədə geniş məlumat verilib. Görüşdə "Volcani Center” Aqrar Tədqiqatlar Mərkəzi ilə Azərbaycanın müvafiq elmi tədqiqat institutları arasında toxumçuluq sahəsində əməkdaşlığın genişləndirilməsi və kadr mübadiləsi barədə razılaşma əldə olunub.
 
Heyət üzvləri həmçinin İsrailin müasir suvarma sistemlərinin istehsalı üzrə ixtisaslamış "Netafim” şirkətinin, müasir heyvandarlıq kompleksinin, toxumçuluq müəssisəsinin, südçülük kompleksinin fəaliyyəti ilə tanış olub, yerli şirkətlərin nümayəndələri ilə fikir mübadiləsi aparıblar.
Azərbaycan nümayəndə heyətinə Kənd Təsərrüfatı Nazirliyinin və ölkənin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri daxildir. Nümayəndə heyəti dünən Təl-Əvivdə keçirilmiş İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumunda iştirak edib. Forum şərçivəsində Azərbaycan və İsrail şirkətləri arasında kənd təsərrüfatının müxtəlif sahələri üzrə əməkdaşlıq etmək barədə ikitərəfli razılaşmalar əldə olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol