Keçmiş məhkum saxlanılıb

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə noyabrın 16-da rayon ərazisindən Bakı şəhər sakini A.Həsənova məxsus "KİA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
www.anews.az
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün yol kənarında dayanmış 2 avtomobilə dəymiş vəziyyətdə tapılıb.
Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov müəyyən edilərək saxlanılıb.
Nizami RPİ tərəfindən araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























