• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş olub

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş olub
17.11.2021 12:37
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Avropa İttifaqının Azərbaycanda yeni təyin olunmuş nümayəndəsi Peter Mixalko ilə görüşüb.
 
Anews.az xəbər verir ki, Peter Mixalkonu ölkəmizdə yeni və vacib vəzifədə fəaliyyətə başlaması münasibətilə təbrik edən Dövlət Komitəsinin sədri ona işlərində uğurlar arzulayıb.
 
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri haqqında qonağa məlumat verilib. Qeyd edilib ki, onların sosial problemlərinin həllinə daim xüsusi diqqət yetirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan vətəndaşlara həssas və qayğıkeş münasibət göstərdiyi vurğulanıb.
 
Bildirilib ki, məcburi köçkünlərin mütləq əksəriyyəti ötən il işğaldan azad edilmiş ərazilərə - öz daimi yaşayış yerlərinə qayıtmaq istəyir. Könüllülük prinsipi ilə həyata keçiriləcək qayıdış prosesi həmin ərazilərdə təhlükəsizlik və laqyiqli həyat şəraiti təmin edildikdən sonra başlanacaq. Prezidentin tapşırıqlarına əsasən, hazırda dövlət qurumları bununla bağlı məsələləri həll etmək məqsədilə əlaqəli fəaliyyət göstərirlər.
 
Görüşdə qaçqınlıq və məcburi köçkünlüklə bağlı məsələlərin həllində beynəlxalq təcrübənin müxtəlif aspektləri, bunların ölkəmizdə tətbiqi imkanları barəsində fikir mübadiləsi aparılıb.
 
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko səmimi qəbula görə təşəkkür edib. O, Azərbaycan vətəndaşlarının 30 ilə yaxın müddətdə qaçqın və məcburi köçkün kimi yaşamağa məcbur olmasından təəssüf hissi keçirdiyini bildirib. Peter Mixalko qeyd edib ki, qaçqın və məcburi köçkünlərin tezliklə, təhlükəsiz, könüllü və ləyaqətli formada doğma yurdlarına qayıdacağına inanır.
 
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol