• $
  • €
  • ₽
  • ₺
  • £

Vüqar Səfərli ilə ittiham olunan şəxslər məhkəmədə dindirilib

Vüqar Səfərli ilə ittiham olunan şəxslər məhkəmədə dindirilib
17.11.2021 12:40
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə məhkəmə iclası davam etdirilib.
 
Anews.az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Nadir Məmmədov ifadə verib.
 
O bildirib ki, daha çox binanın texniki məsələlərinə nəzarət edib: "Divarlara vurulan oboy"lar İtaliya və İspaniya istehsalı idi. Maaşların hamısı köçürmə ilə olurdu. Maliyyə məsələlərinə mən baxmırdım. Möhür də məndə deyildi, mühasibdə olurdu. "Forma 2"yə mən baxmırdım".
 
Daha sonra N.Məmmədov jurnalistlər üçün inşa olunan binaların tikintisi zamanı qiymətlərin şişirdilməsi, həmçinin qeyri-qanuni işlərin görülməsi ilə bağlı
sualları cavablandırıb: "Bizim orada qeyri-qanuni işimiz olmayıb. Qiymətlərin şişirdilməsini də görməmişəm. Texniki məsələlərlə məşğul olmuşam. Mən qiymət qoyan deyiləmdim".
 
Məhkəmədə digər təqsirləndirilən "Altun" restoranının direktoru T.Xəlilov da dindirilib. O bildirib ki, V.Səfərli tədbirin keçirilməsini əvvəlcədən sifariş edirdi.
Proses noyabrın 18-i davam etdiriləcək.
 
Ccinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
 
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
 
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.
 
Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.
 
O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol