• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda hərbçilərin vəzifələri müəyyənləşir

Azərbaycanda hərbçilərin vəzifələri müəyyənləşir
17.11.2021 14:53
Azərbaycanda hərbi qulluqçuların ümumi və xüsusi vəzifələri müəyyənləşir.
 
Anews.az xəbər verir ki, bu, "Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.
 
Qanun layihəsinə əsasən, hərbi qulluqçular Konstitusiyada və digər qanunvericilik aktlarında mülki şəxslər üçün nəzərdə tutulmuş vəzifələrdən əlavə, hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan ümumi və xüsusi vəzifələri yerinə yetirirlər.
 
Hərbi qulluqçuların aşağıdakı ümumi vəzifələri vardır:
 
1. Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü qorumaq, habelə təhlükəsizliyini və müdafiəsini təmin etmək;
2. Azərbaycana, Azərbaycan xalqına və hərbi anda sadiq olmaq;
3. Konstitusiyaya, qanunlara, Azərbaycan Silahlı Qüvvələrinin hərbi nizamnamələrinə əməl etmək, komandirlərin (rəislərin) əmrlərini, sərəncamlarını və göstərişlərini qeyd-şərtsiz yerinə yetirmək;
4. Vicdanlı, cəsur və intizamlı olmaq, dövlət sirrini qorumaq;
5. Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq prinsiplərindən və normalarından, habelə beynəlxalq hüquq normalarından irəli gələn tələblərə riayət etmək;
6. Hərbi qulluqçular "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunun 3-cü maddəsi ilə müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirirlər.
7. Xüsusi vəzifələri yerinə yetirərkən hərbi qulluqçuların qanunla nəzərdə tutulmuş qaydada və hallarda fiziki qüvvə, xüsusi vasitələr, silah və döyüş texnikasını tətbiq etmək, icrası məcburi olan tələblər irəli sürmək hüququ vardır;
8. Hərbi qulluqçuların ümumi və xüsusi vəzifələrinin yerinə yetirilməsi qaydaları Azərbaycan Silahlı Qüvvələrinin hərbi nizamnamələri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın hüquqi aktları ilə müəyyən edilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol