“Bəlkə də antibiotiki qəbul etməsə, daha tez sağalacaqdı”

"Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasına görə koronavirusa yoluxan xəstələrdə antibiotikə ehtiyac 8 faizdir. Yəni 100 xəstədən 8-də antibiotikdən istifadə oluna bilər. Bu dərmanlardan lazımsız istifadə ağır hallara yol aça bilər. Hər həkim bu təyinatı edə bilməz”.
www.anews.az
Anews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O qeyd edib ki, COVID-19-a yoluxan xəstələrin 15-20 faizi xəstəliyi çox ağır, 5 faiz kritik keçirir. Qalanlarda isə xəstəlik yüngül və orta ağır keçir: "Xəstələrin çoxunda ağciyərlərin zədələnməsi olmur. Hərarətsalıcı dərmanlardan istifadə olunur. Koronavirus xəstələrinin çoxu evdə müalicə olunur. Evdə müalicənin əsas qüsuru isə külli-miqdarda antibiotikdən istifadədir. Bəlkə də həmin xəstə antibiotiki qəbul etməsəydi, daha tez sağalacaqdı. Bəzən o qədər antibiotikdən istifadə olunur ki, xəstə xəstəxanaya gətiriləndə həkim bilmir ki, ona hansı növ antibiotikdən istifadə etsin”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























