• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Olimpiya Stadionunda beynəlxalq seminar başlayıb

Bakı Olimpiya Stadionunda beynəlxalq seminar başlayıb
17.11.2021 16:08
Bakı Olimpiya Stadionunda AFFA-nın "Klub dəstək proqramı” çərçivəsində "Sosial media və rəqəmsal marketinq” mövzusunda seminar başlayıb.
 
Anews.az-ın məlumatına görə, seminara UEFA-nın Milli Assosiasiyalar departamentinin əməkdaşları, "RESULT Sports” və "433” rəqəmsal agentliklərinin, Qazaxıstan və Estoniya Futbol Fedeasiyalarının, "Borussiya” (Dortmund, Almaniya) və "Şaxtyor” (Donetsk, Ukrayna) futbol klublarının nümayəndələri, AFFA, Peşəkar Futbol Liqası, Azərbaycan Premyer Liqası klublarının rəhbər şəxsləri, marketinq və ictimaiyyətlə əlaqələr sahəsində çalışan əməkdaşları iştirak edir.
Seminara açılış nitqi ilə başlayan AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov marketinqin müasir futbolda əhəmiyyətini vurğulayıb, UEFA-ya "UEFA GROW” layihəsi çərçivəsində davamlı dəstəyinə görə təşəkkür edib və seminar iştirakçılarına uğurlar arzulayıb. Təqdimatlar və qrup məşğələləri formatında keçirilən seminar noyabrın 18-dək davam edəcək.
 
"Klub dəstək proqramı” AFFA-nın 2021 - 2025-ci illər inkişaf strategiyasının klub futboluna dəstək prioriteti çərçivəsində həyata keçirilir və 5 il ərzində Azərbaycan Premyer Liqasında iştirak edən klublara marketinq və ictimaiyyətlə əlaqələrlə bağlı sahələr üzrə dəstəyi özündə ehtiva edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol