• $
  • €
  • ₽
  • ₺
  • £

Zorakılıq qurbanlarına ''Mühafizə Orderi' niyə verilmir?

Zorakılıq qurbanlarına  ''Mühafizə Orderi' niyə verilmir?
18.11.2021 11:14
Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında” qanununda Mühafizə Orderi haqqında anlayış var.  Bəs Mühafizə Orderi nədir, kimlərə şamil olunur və ondan necə istifadə edilir ?

Sözügedən orderdən həyat yoldaşı, övladları və yaxınları tərəfindən zorakılığa məruz qalan hər bir şəxs yararlana bilər. Mühafizə orderi əldə edən şəxs, dəyən maddi, mənəvi, hətta tibbi xərcləri belə qarşı tərəfdən tələb edə bilər.

Mühafizə orderi qısa və uzunmüddətli olur. Zorakılığa məruz qalan qadın və ya kişi qısamüddətli orderi əldə etmək üçün rayon İcra Hakimiyyətinə yaxınlaşmalıdır.

Müraciət edildiyi andan 24 saat ərzində bu hadisə araşdırılmalı və zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilməlidir. Qısa müddətli mühafizə orderi 30 gün müddətinə qədər verilir. Həmçinin bu order icra sənədlərinə aiddir və məcburi icra olunmalıdır. İcra olunmadığı təqdirdə məişət zorakılığını törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilir.

Uzunmüddətli mühafizə orderi isə maksimum 6 aylıq olmaq şərti ilə məhkəmə tərəfindən verilir.

Psixoterapevt Fərqanə Mehmanqızı Anews.az-a bildirib ki, bu qanundan zorakılıq qurbanlarının çoxu xəbərsizdir.
 
‘’Qanun haqqında ictimai məlumat çox azdır. Statistika bunu göstərir ki, mühafizə orqanının  kimlərə aid olması demək olar ki, heç kim bilmir. Qanun daha çox qadın və uşaqlara lazımdı.  Bu hal onları intihara və ya cinayətkarlığa sövq edə bilər. Amma ailələrdə, məktəblərdə, ictimai yerlərdə, universitetlərdə bu haqda məlumat verilmir.  Ən azından quruma müraciət edənlər psixoloqlara yönləndirilməlidir. Ancaq qurbanlardan şəxsən müraciət edənlərin sayı çoxdur,- deyə psixoloq əlavə edib.

Azərbaycanda bu qanun nə dərəcədə işlənir?

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə anews.az-a  bildirib ki, order  artıq 11 ildir mövcuddur, ancaq onun mexanizmi, qaydaları  haqqında ətraflı məlumat yoxdur.   
 
‘’Mühafizə orderini İcra hakimiyyətinin hüquq şöbəsi verir, polisə şikayəti olmuş şəxslər bura müraciət edə bilirlər. Mühafizə orderi haqqında  məlumatlandırmanı adiyyatı qurumlar aparmalıdır. Bu işdə cəmiyyət aktiv olmalıdır", -  deyə sədr bildirib.

Hüquqşünas Əlövsət Allahverdiyev Anews.az-a verdiyi açıqlamasında bildirir ki,  mühafizə orderi məhkəmə qərarı ilə müəyyən olunur. Əgər fiziki şəxsə zorakılıq davam edərsə, bu halda artıq cinayət məsuliyyətinə cəlb olunur.
 
"Məişət zorakılığına məruz qalan daha çox qadınlardır, onlar polisə normal şəkildə müraciət etməktən çəkinirlər, ailə sirlərinin paylaşmaq istəmirlər, o ki qaldı mühafizə ordeninə müraciət etsinlər. Hər bir halda Mühafizə Orderinə müraciət olunmalıdır", - deyə hüquqşünas vurğulayıb.
 
2020-ci ildə Azərbaycanda "Mühafizə orderi" verilən zərərçəkmişlərin sayı 40 nəfər olub. Həmin orderin 2-si uzunmüddətli, 38-i isə qısamüddətlidir. Məişət zorakılğına məruz qalanların sayı isə ekspertlərin dediyinə görə, bundan qat qat çoxdur. 
 
Aytac Zeynalova

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol