• $
  • €
  • ₽
  • ₺
  • £

Vətəndaş MİDA-nı saxtakarlıqda qınayır, MİDA isə mənzil azlığından gileylidir

Vətəndaş MİDA-nı saxtakarlıqda qınayır, MİDA isə mənzil azlığından gileylidir
18.11.2021 13:16
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) nə ölkə başçısının, nə də evsiz gənclərin ümidini doğrultmadı.  Bunu Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda çalışan gənc elmi işçi Elyar İslamoğlu Anews.az-a bildirib.
 
MİDA rəsmiləri isə narazılıqların sayının çox olmasını  vətəndaşlara təklif edilən evlərin sayının az olması ilə izah edir. 
 
 ''MİDA ilk yaranan vaxtdan gənc alim kimi qeydiyyatdan keçdim. Bir neçə saniyənin içində bütün evlər satıldı. Məntiqi olan insan anlayar ki, bu evlərin çoxu əvvəlcədən satılmış olur. Həmin vaxt xakerlər, proqramçılar  müdaxilə edib ev satın alırlar. Hətta mənim aşkar etdiyim insanlar da olub. Satışda  proqramçılar 4-5 min manat pul alıb, onların əvəzindən evlər seçiblər. Mən hər satışda stress, gərginlik keçirdim, öz gücümlə ev seçməyə çalışdım, bəziləri də xaker vasitəsilə rahatlıqla ev əldə etdilər. Dəfələrlə eşitmişəm ki, MİDA nın özündə xüsusi adamlar var, onlar pul alıb, əvvəlcədən evləri seçir. Bu mənzillər evi olmayanlar üçün güzəşt idi. Bu qurum bunun üçün yaradılmışdı ki, evsiz şəxslər evlə təmin olunsun", - deyə İslamoğlu söylədi.
 


Onun sözlərinə görə, hazırda MİDA-dan alınan evlərdə yaşayanların 4-5 ədəd əlavə evləri var, sadəcə  bu evləri yatırım üçün saxlayırlar.
 
"Dəfələrlə kirayə ev elanlarında ifşa etmişəm ki, həmin evlər kirayə verilir. Mənə təklif olunub ki, 2-3 min pul ver, sənə ev seçək. Hətta bu kimi işbazlardan bir neçəsi  mənə internet vasitəsilə təklif edib ki, pulla sizə ev seçə bilərik. Mənim tanıdığım insanlar var ki, sonradan pul verib, seçdiklərini etiraf ediblər. 
 
Oradan mənzil alanların  başqa yerlərdəki əmlakları araşdırılmalıdır. Mənim tanıdığım ailə var, ata və oğul eyni gündə seçim ediblər.  Bu hal saxtakarlığın olduğunun bariz sübutudur. Ən azından satışa çıxan evlərin hansı ünvandan seçildiyini araşdırsınlar. Minlərlə gənc, evsizliyə görə ailə həyatı qura bilmir, hansısa rüşvətxor evləri alıb, qapısını bağlayır, ya da kirayə verir'' - deyə gənc alim əlavə edib.
 

 
Məsələ ilə bağlı MİDA-nın əməkdaşı Anews.az-a bildirib ki, vətəndaşların  narazı qalmasının əsas səbəbi güzəştli mənzillərə təlabatın  yüksək olmasıdır.
 
"Mənzil seçimi ilə bağlı  statistik  məlumatlara diqqət yetirsək,  satış zamanı mənzil seçimində iştirak edən istifadəçilərin  sayının satışa çıxarılan mənzilləri sayından ən azı 3 dəfə çox olduğunu müəyyən edə bilərik. Məsələn, satışa çıxarılan  500 mənzilin  seçimi prosesinde təxminən 1500 vətandaş iştirak edir və mənzil seçə bilməyən  vətəndaşlar arasında narazılar olur. Mənzil əldə edən vətandaşların sayı artdıqca, narazı şəxslərin sayı da azalır".
 
MİDA-dan onu da sölədilər ki, hazırda digər regionlarda da güzəştli mənzillərin tikintisinin həyata keçirilməsi məqsədilə müvafiq torpaq sahələrinin müəyyənləşdirilməsi işi davam etdirilir
 
 Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz isə anews.az-a açıqlamasında bildirib ki, real mənzil seçimi prosesində vətandaşlardan hansının  bot( proqram), hansının real istifadəçi olmasını müəyyən etmək üçün sistemə xüsusi  simvollar vasitəsilə giriş təmin edilir.
 
''MİDA  bununla da botların qarşısını almaq məqsədi güdür. Eyni zamanda düşünürəm ki, bununla da əgər əvvəlki online satış 6-7 saniyə  ərzində  mənzil seçimi baş verirdisə, bu dəfə güman ki, bu müddət bir qədər artacaq''.
 
Bəs düzgün seçim etmək üçün hansı yoldan istifadə etmək lazımdır?
 
Osman Gündüz  təklif edir ki, ''Güzəştli mənzil'' sistemi DEMO versiyasında müvafiq dəyişiklikləri sürətləndirsin və tezliklə yeni DEMO istifadəyə verilsin. Təcrübə göstərir ki, DEMO-da seçim prosesini test etmədən, onlayn mənzil seçimi şansı demək olar ki, sıfıra bərabərdir.
 

Aytac Zeynalova
 




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol