Telman İsmayılova qarşı daha bir cinayət işi açıldı

Moskvada iş adamına 185 milyondan çox ziyan vurmaqla qəsdən müflis etməyə görə cinayət işi açılıb.
"Noyabrın 16-da Rusiya Daxili İşlər Nazirliyi Baş İdarəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin müstəntiqi 1956-cı il təvəllüdlü Moskva sakini barəsində Cinayət Məcəlləsinin 196-cı maddəsi ilə ("Qəsdən müflisetmə”) cinayət işi açıb”, - deyə məlumatda qeyd edilir.
Hüquq-mühafizə orqanlarından "RİA Novosti”yə verilən məlumata görə, cinayət işi açılan şəxs azərbaycanlı iş adamı Telman İsmayılovdur.
İstintaqın məlumatına görə, 2012-ci ilin sentyabrında şirkətlə bank arasında kredit müqaviləsi bağlanıb və bu müqaviləyə əsasən, borcalana 185 milyon dollardan çox vəsait verilib. 2013-cü ilin fevral ayında bankla sahibkar arasında zaminlik müqaviləsi bağlanıb və ona əsasən zamin bank qarşısında tam şəkildə cavab verməyi öhdəsinə götürüb”.
Qeyd edilir ki, 2017-ci ilin martında bankir məhkəmə tərəfindən müflis elan edilib və ona qarşı əmlakın satışı proseduru tətbiq edilib. Sonradan həmin məhkəmə tərəfindən mənzillərin bağışlanmasına dair müqavilələr, habelə əmlakın özgəninkiləşdirilməsi ilə bağlı əqd etibarsız sayılıb.
Xatırladaq ki, İsmayılov və qardaşı Vaqif beynəlxalq axtarışa verilib. Rusiyada onlar qətldə və qanunsuz silah alverində ittiham olunublar və məhkəmə onları qiyabi həbs edib. İstintaq Telman İsmayılovu iki sahibkarın qətlinin təşkilatçısı hesab edir, cinayəti törədən Mehman Kərimov isə 13 il müddətinə ciddi rejimli koloniyada həbs cəzası alıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























