• $
  • €
  • ₽
  • ₺
  • £

Həbsdə olan gənc güləşçi azadlığa ÇIXDI

Həbsdə olan gənc güləşçi azadlığa ÇIXDI
18.11.2021 15:57
Azərbaycanda yunan-Roma güləşçisi Fərid Zeynalabdinov azadlığa buraxılıb.

Bu barədə Anews.az-a onun vəkili Aqil Layic məlumat verib.

O bildirib ki, F.Zeynalabdinov bir neçə gün əvvəl Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən narkotikə görə saxlanılıb: "Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri satma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra Fərid Zeynalabdinovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək onun azadlığa buraxılması ilə bağlı Sabunçu Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə müraciətimizi təmin etməyib”.

Vəkil deyib ki, birinci intsansiya məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə müraciət edilib: "Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə müraciətimiz təmin olundu və Fərid Zeynalabdinov ev dustaqlığına buraxıldı.

Məhkəmə kollegiyası Fərid Zeynalabdinovun təhsilini və idmandakı gələcəyini nəzərə alaraq, ədalətli qərar çıxardığına görə, onun ailə üzvləri və öz adımdan hakimə təşəkkür edirəm”.

A.Layic söyləyib ki, F.Zeynalabdinov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının II kurs tələbəsidir.

F.Zeynalabdinov yunan-Roma güləşi üzrə Azərbaycanı 2018-ci ildə Avropa çempionatında təmsil edib. Həmçinin o, ölkə çempionatlarında bir sıra titullar qazanıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol