• $
  • €
  • ₽
  • ₺
  • £

DİN: "Bu il Azərbaycanda 3 tona yaxın narkotik dövriyyədən çıxarılıb”

DİN: "Bu il Azərbaycanda 3 tona yaxın narkotik dövriyyədən çıxarılıb”
18.11.2021 16:19
Bu il polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı 2 ton 993 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib.

O deyib ki, qeyd edilən dövr ərzində qanunsuz dövriyyədən çıxarılan narkotiklərin 1 ton 409 kiloqramı ağır tərkibli narkotik vasitə hesab edilən heroindir: "Həmçinin, daxili işlər orqanları tərəfindən ilin əvvəlindən 276 kiloqram metamfetamin və digər növdən olan psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

2021-ci ilin 10 ayı ərzində polis əməkdaşları tərəfindən ölkə ərazisində 7 397 qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma faktı aşkar edilib. Bu faktlardan 2 718-i narkotik vasitə və psixotrop maddələrin satışı, 4 210-u narkotik vasitə və psixotrop maddələri saxlama, 374-ü qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 95-i isə narkotik maddələrin qanunsuz dövriyyəsinin digər növünə aid olan faktlar təşkil edib".

"Hesabat dövründə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 311 mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edilib. Ümumilikdə isə bu dövr ərzində polis əməkdaşları tərəfindən 4 481 nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün məsuliyyətə cəlb edilib”, - o vurğulayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol