• $
  • €
  • ₽
  • ₺
  • £

''Ermənistan prosesin sıfır nöqtəsindən çıxmasına razılıq verib''- Andranik Koçaryan

''Ermənistan prosesin sıfır nöqtəsindən çıxmasına razılıq verib''- Andranik Koçaryan
19.11.2021 14:41
"Ermənistan tərəfi prosesin sıfır nöqtəsindən çıxmasına razılıq verib”.
 
"Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu hakim "Vətəndaş razılaşması” parlament fraksiyasının üzvü, qanunverici orqanın təhlükəsizlik və müdafiə məsələləri üzrə komissiyanın sədri Andranik Koçaryan noyabrın 19-da keçirdiyi brifinqdə bildirib.
 
Onun sözlərinə görə, bu məsələdə konfindensiallığı qorumaq vacibdir: "Sərhədə hərbçilərin yerləşdirilməsi müzakirə olunduğundan yeni gərginlik yaratmamaq üçün son dərəcə ehtiyatlı olmaq lazımdır".
 
Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan brfinqdə bildirib ki, rəsmi İrəvan Rusiyaya demarkasiya mərhələsinə hazırlığa başlamaqla bağlı vaxtında məlumat verib: "Bir sıra texniki məsələlər üzrə razılıq əldə edildikdən sonra Ermənistan tərəfi uyğun komissiyanın formalaşmasına və əsas işə başlamağa hazırdır".
 
Noyabrın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla ölkəsi arasında dövlət sərhədinin demarkasiya və delimitasiyasına hazırlıq mərhələsi üzrə Rusiya Müdafiə Nazirliyinin irəli sürdüyü təklifin İrəvan üçün qəbuledilən olduğunu bildirmişdi. O, bu ilin mayından Rusiya Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiya və delimitasisiyası üzrə 3 təklif irəli sürüb: "Bunların üçü də bizim üçün qəbilediləndir. Noyabrın 17-də verdiyim bəyanatdan sonra Rusiyanın Müdafiə Nazirliyi demarkasiya və delimitasiya üzrə hazırlıq mərhələsini təklif edib. Bir daha təsdiqləyirəm ki, bu təkliflər bizim üçün qəbulediləndir”.(Report)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol