• $
  • €
  • ₽
  • ₺
  • £

Məcburi müalicə təyin edilən şəxslərlə bağlı xəbər var

Məcburi müalicə təyin edilən şəxslərlə bağlı xəbər var
19.11.2021 16:22
Məcburi müalicə təyin edilmiş şəxs barədə məhkəmə qərarının icraata qəbul edilməsi, icrası və onun tələblərinin yerinə yetirilməsinə nəzarətin təşkili qaydaları açıqlanıb.
 
Məcburi müalicənin təyin olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə (İTM), habelə məcburi müalicə təyin edilmiş şəxsin yaşayış yeri üzrə yerli probasiya qurumuna yerli probasiya qurumu) göndəriləcək.
 
Məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi İTM-ə təhvil veriləcək və bu barədə polis orqanı tərəfindən yerli probasiya qurumu məlumatlandırılacaq.
 
Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərə münasibətdə müvafiq məhkəmə qərarı, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş və barəsində məcburi müalicə təyin edilmiş şəxslərə münasibətdə isə məcburi müalicə təyin edilmiş şəxsin İTM-ə yerləşdirilməsi ilə bağlı polis orqanının məlumatı yerli probasiya qurumuna daxil olduqdan dərhal sonra bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq yerli probasiya qurumuna göndərilən məhkəmə qərarının tələblərinin yerinə yetirilməsi üzrə nəzarətin həyata keçirilməsi üçün həmin məhkəmə qərarı təxirəsalınmadan yerli probasiya qurumunda icraata qəbul edilir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (Naxçıvan Muxtar Respublikasının ərazisində - Muxtar Respublikanın Ədliyyə Nazirliyinin) möhürü ilə təsdiqlənmiş "Məcburi müalicə təyin edilmiş şəxsin qeydiyyatı kitabı”nda (1 nömrəli əlavə), həmçinin elektron qaydada şəxsin qeydiyyatı aparılacaq.
Nəzarəti həyata keçirən icra məmuru məhkəmə qərarı yerli probasiya qurumunda icraata qəbul edildiyi vaxtdan 3 gün müddətində məcburi müalicə təyin edilmiş şəxs barəsində nəzarət işi açır. Nəzarət işində olan bütün sənədlər ardıcıllıqla tikilir və nömrələnir. Nəzarət işində olan bütün sənədlərin siyahısı həmin işə əlavə edilir.
 
Nəzarət işinin nömrəsi bu qaydaya nəzərdə tutulmuş qeydiyyat kitabındakı sıra nömrəsi ilə eyni olmalıdır.
 
İcra məmuru məcburi müalicə təyin edilmiş şəxs barəsində nəzarət işi açıldıqdan sonra 3 gün müddətində bununla bağlı qərar çıxarmış məhkəməyə məlumat verir.
 
Nəzarət işinin aparılması zamanı məcburi müalicə təyin edilmiş şəxs haqqında məlumatların, o cümlədən fərdi məlumatların konfidensiallığı təmin olunmalıdır.
 
Məcburi müalicə təyin edilmiş şəxs İTM-ə qəbul edildikdən sonra icra məmuru təxirəsalınmadan müəssisədə həmin şəxslə ilkin söhbət aparır, barəsində olan məhkəmə qərarının tələblərini nəzərinə çatdırır, ona məsuliyyətini, vəzifə və hüquqlarını izah edir və bu barədə akt tərtib edir.
 
İTM həmin müəssisədə tətbiq edilən buraxılış rejimi nəzərə alınmaqla icraatında nəzarət işi olan icra məmurunun müalicə keçən şəxslə görüşməsi məqsədilə müəssisəyə buraxılmasını təmin edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol