• $
  • €
  • ₽
  • ₺
  • £

Vətəndaşlar pensiyalarını tələb edir - Nazirlikdə aksiya - VİDEO

Vətəndaşlar pensiyalarını tələb edir - Nazirlikdə aksiya - VİDEO
19.11.2021 16:44
Bu gün 30-a yaxın şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin  önündə etiraz aksiyası keçirib. 
 
Aksiya iştirakçıları pensiyalarının kəsilməsinə etiraz edib. Etiraz aksiyasında 6 nəfər nazirliyin binasına qəbula salınıb, 9 nəfər polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov  bildirib ki, qəbula alınan 6 nəfərin müraciətləri qeydə alınıb, dinlənilib:
 
"Onlardan əlillik dərəcəsi almaq istəyən iki nəfərinə barələrində indiyədək tibb müəssisəsindən heç bir göndəriş daxil olmadığı, daxil olduğu halda əlilliyinin qiymətləndiriləcəyi bildirilib. Digər şəxs isə ondan protez üçün bir neçə gün öncə ölçülər götürüldüyünü deyib, protezin verilməsinin sürətləndirilməsini xahiş edib. Protezləşmə üçün hazırlıq mərhələsi keçməli olduğu diqqətinə çatdırılıb. Qalan 3 nəfərin isə sağlamlıq vəziyyətinin əlillik səviyyəsində olmadığı, bununla belə əlillik dərəcəsi almaq istədikləri müəyyən olunub. Bununla bağlı da onlara izahat verilib", - deyə nazirliyin sözçüsü bildirib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti sözügedən aksiya barədə məlumat yayıb: 
 
"Bu gün 26 nəfər şəxs sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıb. Həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula getmiş, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılmışlar. Bu zaman heç bir instident qeydə alınmamış və saxlanılan yoxdur. Eyni zamanda qeyd edək ki, həmin şəxslərin müraciətlərinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması onların diqqətinə çatdırılmışdır", - deyə məlumatda bildirilib. 
 
Ləman Qasımova 
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol