• $
  • €
  • ₽
  • ₺
  • £

Bu sözlər yeni orfoepiya lüğətinə salınacaq

Bu sözlər yeni orfoepiya lüğətinə salınacaq
19.11.2021 17:23
"Azərbaycan dilinin yeni orfoepiya lüğətinin hazırlanması ilə bağlı işlər davam etdirilir".
 
Bunu AMEA-nın Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri İsmayıl Məmmədli deyib.
 
Onun sözlərinə görə, Azərbaycan dilinin yeni orfoepiya lüğəti bu il təsdiq edilmiş "Azərbaycan dilinin orfoepiya normaları” əsasında tərtib ediləcək.
Şöbə müdiri bildirib ki, ötən il lüğətin hazırlanması ilə bağlı AMEA-da müvafiq İşçi Qrupu yaradılıb və həmin qrup tərəfindən bu istiqamətdə işlər aparılır: "Lüğətin hazırlanması ilə bağlı işlər müxtəlif istiqamətlərdə bölüşdürülüb. Gələn ilin may ayına qədər lüğətin hazır olacağı proqnozlaşdırılır. Amma həyata keçirilən işlərin miqyasından asılı olaraq dəqiq tarixi demək çətindir".
 
Bir qayda olaraq yalnız yazılışı ilə deyilişi fərqlənən sözlərin lüğətə daxil edildiyini bildirən şöbə müdiri vurğulayıb ki, orfoepiya lüğətində son illər ərzində Azərbaycan dilinə daxil olan yeni sözlərin hamısı yer alacaq: "Lüğət çapa gedənə qədər bütün yeni sözlər əlavə olunacaq. Misal üçün, koronavirus, koronafobiya, koronaviruslu və koronavirussuz sözlərinin də düzgün tələffüz qaydası lüğətdə öz əksini tapacaq. Eləcə də bu sıraya videobloger, vatsap, feysbuk, yutub, bayraqdar və s. kimi sözlər də daxildir".
 
"Azərbaycan dilinin orfoepiya normaları” bu ilin iyun ayında təsdiq edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol