• $
  • €
  • ₽
  • ₺
  • £

Qafqazda ilk dəfə bu əməliyyat Azərbaycanda icra OLUNDU

Qafqazda ilk dəfə bu əməliyyat Azərbaycanda icra OLUNDU
22.11.2021 09:25
Qafqazda ilk dəfə Azərbaycanda Laparaskopik transabdominal istmiko-servikal serklaj əməliyyatı baş tutub. Anews.az xəbər verir ki, bunu cərrah Mama-Ginekoloq Dr. Natiq Məhərrəmov Leyla Medical Centerdə bildirib.

"Laparaskopik serklaj əməliyyatı öncəki hamiləlikdə təkrar düşükləri və ən azı 2 uğursuz vaginal serklajı olan xəstələrdə icra olunur.Əməliyyatın üstün tərəfi daha az qan itkisinin olması, yataq rejiminə ehtiyac duyulmaması və xəstənin normal həyat fəaliyyətinə davam etməsidir. Azərbaycanda ilk dəfə bu əməliyyat 2020-ci ilin iyulunda baş tutub. Həmin xəstə hamiləliyini çox normal bitirib və ana olmaq şansını qazanıb” deyə həkim Natiq Məhərrəmov qeyd edib.

Həkimin sözlərinə görə Azərbaycanda 2 il müddətində 5 pasient müraciət edib və onlardan 4-də bu əməliyyat uğurla bitib, birində isə hazırda gözləmə mərhələsindədir. 

"Xarici ölkələrdə bu əməliyyatın qiyməti təxmini 20-30 min dollar aralığındadır. Azərbaycanda isə bu o qədər də bahalı əməliyyat hesab olunmur. Biz xəstələrin sağlamlığını nəzərə alıb qiymətləri də hər kəsin büdcəsinə uyğun hesablamışıq ki, ana olmaq şansını hər kəs hiss edə bilsin. Əməliyyat qiyməti təxmini 1500-1600 manat civarındadır. Avropa ölkələrində bu əməliyyatın nəticəsi olaraq hamilə qadını 34-cu həftədə doğuş əməliyyatına alırlar. Biz isə yenilik edərək bu pasinetlərin hamiləlik dövrünü 38-ci həftəyə kimi apara bilmişik”,  - deyə həkim əlavə edib.

Dünyada 80 milyon insanın sonsuzluqdan əziyyət çəkdiyi qeydə alınıb. Hər il dünyada on minlərlə ailə sonsuzluq üzündən dağılır. ÜST-in məlumatında dünyada hər 5 nikahdan birinin sonsuzluqla nəticələndiyi bildirilir. Rəsmi statistikaya görə, Azərbaycanda hər il pozulan nikahların təxminən 5 mini sonsuzluqdan əziyyət çəkən ailələrin payına düşür. Ailələrin övladsızlığının 40-50 faizi kişilərlə bağlıdır. Hər il təxminən cütlüklərin 15%-i sonsuzluq səbəbinə görə həkimlərə müraciət edirlər. 

Gülnar Nazimqızı

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol