Azərbaycanda pomidor ixracı azalıb

Azərbaycan 2021-ci ilin yanvar-sentyabrında 119,138 min ton pomidor ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 23,1% azdır.
www.anews.az
İxrac edilmiş pomidorun dəyəri $128 milyon 242,59 min (azalma 23,6%) təşkil edir.
Hesabat dövründə Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. Yanvar-sentyabr aylarında Rusiyaya $126 milyon 95,62 min dəyərində 114 min 545,47 ton pomidor (bütün ixracın 96,1%-i – İF) ixrac olunub. 2020-ci ilin yanvar-sentyabrı ilə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 24,7%, dəyər ifadəsində 24,2% azalıb.
Azərbaycan 2020-ci ildə 187,539 min ton pomidor ixrac edib ki, bu da 2019-cu ilin göstəricisindən 7,4% çoxdur. İxrac edilmiş pomidorun ümumi dəyəri $201 milyon 353,53 min (artım 6,3%) təşkil edib.
Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. Ötən il bu ölkəyə $197 milyon 414,1 min dəyərində 179,884 min ton pomidor (bütün ixracın 95,9%-i – İF) ixrac olunub. 2019-cu illə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 3%, dəyər ifadəsində 4,7% artıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























