DYP-dən səkidə avtomobil park edənlərə - Xəbərdarlıq

Son günlər sosial şəbəkələrdə avtomobillərin səkilərdə saxlanılması ilə bağlı narazılıqlar bildirilir, piyadalar şəhərdə onlar üçün ayrılan səkilərdə rahat hərəkət edə bilmədiklərini deyirlər.
Anews.az xatırladır ki, avtomobillərin səkilərdə dayanması və durması qanunla qadağandır.
Baş Dövlət Yol Polisi idarəsi yaranmış narazılıqlarla bağlı bildirir:
"Yol Hərəkəti Haqqında” Qanunun 52-ci maddəsi "Dayanma və durma” qaydalarını müəyyən edir. Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, avtomobillərin səkilərdə dayanması və durması qadağandır. Sürücülər, xüsusilə də piyadaların rahatlığı və təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə saxlamamalıdır. Səki - piyadaların hərəkəti üçün nəzərdə tutulan hissədir və ona görə də nəqliyyat vasitələri yalnız onların durması üçün ayrılmış, müəyyən edilmiş qaydada işarələnmiş parklanma yerlərində saxlanılmalıdır.
Həmçinin paytaxtın bəzi nöqtələrində sürücülər əlillərin, uşaq arabaları ilə hərəkət edənlərin istifadəsi üçün nəzərdə tutulan pandusların qarşısında nəqliyyat vasitələrini saxlayırlar və ya belə yerlərdən istifadə edərək öz avtomobilləri ilə səkini zəbt edirlər. Bununla da həmin şəxslər üçün ciddi əngəl törədirlər. Ümumiyyətlə, bütün hərəkət iştirakçıları bir-birinə qarşılıqlı hörmətlə yanaşmalıdırlar.
İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən iyirmi manat, 346.2-ci maddəsinə əsasən qırx manat məbləğində cərimə edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























