Əsgər Ağayev aclıq aksiyasına başlayıb

17 yaşlı ictimai fəal Sənay Yağmuru (Qəhrəmanlı) zorlamaqda ittiham olunaraq həbs edilən xalası oğlu Əsgər Ağayev aclıq aksiyasına başlayıb.
Bu barədə "Qafqazinfo”ya onun vəkili Mehman Cəbrayılov açıqlama verib.
"Noyabrın 16-sı və 17-də təcridxanada görüşmüşəm. Ayın 15-dən aclıq elan edib. Rəngi saralıb, səhhəti yaxşı deyil. Bildiyiniz kimi, Əsgər Ağayev sentyabrın 10-da əməliyyat olunub və qara ciyərinin 65 faizi atasına köçürülüb. Həkim rəyinə əsasən, 2 aydan bir müayinə olunmalıdır. Təmiz yerdə qalmalı, yüksək kalorili qidalar qəbul etməlidir. Xəstə kütlə olan yerdə ola bilməz, qapalı yerdə yaşaya bilməz”.
Noyabrın 18-də Əsgər Ağayevin ev dustaqlığına buraxılması ilə bağlı Binəqədi rayon məhkəməsində vəkillərin vəsatətinə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.
Sənay Yağmur oktyabrın 12-də sosial şəbəkədə açıqlama yayaraq xalası oğlu Əsgər Ağayev tərəfindən içkisinə narkotik qatıldıqdan sonra zorlandığını iddia edib. Ə.Ağayev barəsində Cinayət Məcəlləsinin 149.2.3 (zorlama) maddəsi ilə cinayət işi başlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























