Bakıda avtoservisdə yanğın olub

Bakının Nərimanov rayonunda ümumi sahəsi 900 m² olan avtoservisin rəngləmə sexində havalandırma qurğusu, penoplastdan ibarət tavan və dam örtüyü 4 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın söndürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























