Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı AÇIQLANDI

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
2021-ci ilin əvvəlindən bu günə qədər fond tərəfindən 4 766 borcalana 316 163 700 manat civarında ipoteka krediti verilib.
Vətəndaşlar 2020-ci ilin mart ayından etibarən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi üzrə müraciət etməyə başlayıb və bu günə qədər ümumi 1 150 mənzil satmaq öhdəliyi ilə kirayəçilərin istifadəsinə verilib.
Təkcə 2021-ci ilə nəzər saldıqda isə ilin əvvəlindən bu günə qədər dövlət xətti ilə kirayəçilərə satmaq öhdəliyi ilə 737 mənzil təqdim edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























