Masallıda DYP reyd keçirib, 20 sürücü cərimələnib

Yollarda baş verə biləcək qəza hadisələrinin qarşısının alınması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmini məqsədilə Masallıda dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən növbəti reyd təşkil olunub.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Anews.az-a verilən məlumata görə, şəhərin müxtəlif küçə və prospektlərində təşkil olunan tədbirlər zamanı ictimai nəqliyyatda tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər aşkarlanıb və barələrində inzibati protokollar tərtib edilib.
Reyd zamanı ümumilikdə 20-yə yaxın müxtəlif qayda pozuntularına yol verən sürücü barəsində inzibati protokol tərtib edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























