Piyadanı vuraraq qaçan sürücüdən xəbər var

Bakıda yol-nəqliyyat hadisəsi olub.
www.anews.az
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 20-si saat 20 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini F.Həsənov vurulub.
Xəstəxanaya yerləşdirilən piyadanın vəziyyəti orta-ağırdır.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Nəbiyev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























