• $
  • €
  • ₽
  • ₺
  • £

Şamaxıda zəlzələnin fəsadları ilə bağlı neçə müraciət daxil olub? - RƏSMİ

Şamaxıda zəlzələnin fəsadları ilə bağlı neçə müraciət daxil olub? - RƏSMİ
22.11.2021 13:04
Noyabrın 20-də Şamaxı ərazisində baş vermiş zəlzələdən sonra fəsadlarla bağlı 15 müraciət daxil olub.
 
Bu barədə Şamaxı rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, bu istiqamətdə araşdırmalar davam etdirilir.
 
"Müraciətlər var, lakin zərər müəyyənləşdirilməyib. Araşdırmalar aparılır. Müraciətlərin əksəriyyəti 2019-cu ildə baş vermiş zəlzələ zamanı ziyan dəymiş tikililərlə bağlıdır və bu təkanlardan sonra həmin evlərdə yenidən zərər artıb. Həm kəndlərdən, həm də Şamaxı şəhərindən müraciətlər var" - deyə qurumdan bildirilib.
 
Ağsuda da bəzi tikililərə zərər dəyməsi ilə bağlı məlumatlar yayılsa da, Ağsu rayon İcra Hakimiyyətindən bildirilib ki, bununla bağlı heç bir müraciət daxil olmayıb.
 
"2 il bundan qabaq baş vermiş zəlzələdə 3500-ə yaxın evə baxış keçirilmişdi. Son zəlzələdə isə rayondakı tikililərə heç bir zərər dəyməyib" - deyə qeyd olunub.
 
2 gün əvvəl Şamaxı ərazisində ardıcıl olaraq 5,1 bal və 4,5 bal gücündə iki zəlzələ olub. Ətraf rayonlarda isə təkanlar 3-4 bal gücündə hiss olunub. Zəlzələdən sonra 10-15 təkan qeydə alınıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol