Pfizer vaksininin istifadə müddəti uzadıldı - Rəsmi

Pfizer (Biontech) preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb.
Bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb. Məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVID-19 əleyhinə vaksinasiyada Pfizer/Biontech preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyatlı qurumlara məktub göndərib.
Bununla əlaqədar olaraq hazırda ölkəmizdə istifadə olunan Pfizer/Biontech vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədəkdir.
Son günlər Azərbaycanda Pfizer vaksininin istifadə müddətinin bitməsi ilə bağlı məlumat yayılmışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























