Şabranda əqli qüsurlu şəxs itkin düşüb

Şabran sakini itkin düşüb.

www.anews.az
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon sakini, 1966-cı il təvəllüdlü Gülağa Əskərov oktyabr ayının 20-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
G.Əskərov 155 sm boylu, arıq bədən quruluşlu və əqli qüsurludur.Evdən çıxarkən onun əynində qara köynək, qara şalvar olub.
"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (050) 403-10-43 və (070) 233-27-23 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























