• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda "BakıKart" istifadə olunacaq

Sumqayıtda "BakıKart" istifadə olunacaq
22.11.2021 16:35
Bakı və Sumqayıtın ictimai nəqliyyatında vahid ödəniş sistemindən - "BakıKart"dan istifadə olunacaq.
 
Bu barədə  Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi deyib.
 
O bildirib ki, artıq Türkiyədən yeni validator aparatları sifariş edilib:
"Bu gündən Sumqayıtda ictimai nəqliyyatda kart vasitəsilə ödəniş müvəqqəti olaraq dayandırılıb. Avtobuslarda quraşdırılmış validator aparatları və istifadə edilən ödəniş kartları insanlara problem yaşadırdı. Bu barədə çoxsaylı şikayətlər olunurdu. Bu problemin aradan qaldırılması üçün təzə validator aparatları sifariş verilib. Əvvəlki aparatlar Sankt-Peterburqdan gətirilmişdi və özünü doğrultmadı. Yeni aparatlar Türkiyədən gətiriləcək".
 
Tofiq Saydumovun sözlərinə görə, Sumqayıtda bütün ictimai nəqliyyat kart sisteminə keçir". Bu vaxta qədər 19 marşrutda gediş haqqının ödənişi kartla həyata keçirilib. Bizim 206 avtobusumuz var. Onların hər birində yeni aparatlar quraşdırılacaq”.
 
Artıq "BakıKart” sistemi ilə eyni olan kartlar da sifariş edilib: "Sərnişinlər həmin kartlardan həm Bakının, həm də Sumqayıtın ictimai nəqliyyatında istifadə edə biləcəklər. Bu böyük həcmli işdir. Yəqin ki, bu prosesin yekunlaşması bir aydan tez olmayacaq. Çünki 206 avtobusda aparat quraşdırılmalıdır, yeni kartlar hazırlanmalıdır. Kartın adının "BakıKart” olaraq qalacağı və ya dəyişəcəyi hələ dəqiq bilinmir. Amma kart həm Bakının, həm də Sumqayıtın ictimai nəqliyyatında eyni rola malik olacaq”.
 
Tofiq Saydumov bildirib ki, yeni kartların alınması üçün əlavə ödəniş olmayacaq.
 
"Köhnə kartlar yeniləri ilə başabaş dəyişdiriləcək. Kimin kartında vəsait qalıbsa, o təzə karta köçürüləcək. Burda nə pul itkisi olacaq, nə də yeni karta görə əlavə ödəniş”.
 
Noyabrın 22-dən Sumqayıtda ictimai nəqliyyatda kart vasitəsilə ödəniş validatorlarda olan texniki nasazlıq səbəbindən müvəqqəti dayandırılıb. Sumqayıtda marşrut avtobuslarının fəaliyyətində kart sistemindən istifadə edilməsinə bu il sentyabrın 28-dən başlanılmışdı. Lakin sərnişinlərin kartlara yüklədikləri pulun hesaba gec oturmasından, bəzən isə ümumiyyətlə oturmamasından şikayət etdikləri müşahidə edilirdi.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol