Əkiz şəhidlərin ailəsi narazıdır- "YAŞAT" fondundan CAVAB - YENİLƏNDİ

"YAŞAT" fondu Allahverdiyevlər ailəsinə növbəti dəfə dəstək olacağını bildirib.
"Şəhidlərimiz Allahverdiyev Nazir Xasay oğlu və Allahverdiyev Tacir Xasay oğlunun ailəsinin ilk müraciəti istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə qeydə alınmış, şəhidin anasının "Kapital bank” ASC-yə olan 3 541.46 AZN (üç min beş yüz qırx bir manat qırx altı qəpik) dəyərindəki borc öhdəliyi Fond tərəfindən qarşılanıb.Şəhidlərimizin anasının növbəti müraciəti məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə qeydə alınmış, onun cari bank hesabına 2021-ci ilin 07 iyul tarixində 5 000 AZN (beş min manat) vəsait köçürülüb.Şəhidlərimizin anasının məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə növbəti müraciətinə baxılmış və aidiyyəti üzrə dəstək göstəriləcəkdir",deyə qurumdan qeyd olunub.
------
AMEA-nın Folklor institunun gənc elmi işçisi Elyar İslamoğlu Ağdamın Çullu kəndindən iki əkiz övladını Vətən Müharibəsində şəhid verən ana Mailə Allahverdiyeva və ailəsinin çətin şəraitdə yaşadığını əks etdirən məlumatlar paylaşıb və bildirib ki, şəhidin 33 yaşlı bacısı illərdir 1-ci qrup əlildir və ona əlilik arabası verilmir, eləcə də ailənin ev şəraiti çox baxımsız və yaşamaq üçün əlverişli vəziyyətdə deyil.
Anews.az şəhidin ailəsi ilə əlaqə saxlayıb. Şəhid Allahverdiyevlərin qardaşı Ceyhun Allahverdiyev bildirib ki, bacısı 33 ildir 1-ci qrup əlildir və əlillər üçün araba üçün dəfələrlə müraciət olunsa da onlara həmin araba verilmir.
"Bacıma verilən pensiya heç müalicə xərclərini ödəmir. Həmişə uzanıqlı vəziyyətdədir. Yeməyi ona özümüz yedirdirik, danışa, hərəkət edə bilmir. 278 manat pensiya alır, 50 manat da ona baxmağa görə pul verilir. Dərmanları və digər xərcləri var ki, bu məbləğ bəs eləmir. Ev şəraitimiz də çox acınacaqlı vəziyyətdədir. "YAŞAT" fondu bizə 5 min manat ayırdı. Sadəcə bu cür şəraitdə olan evi 5 min manatla təmir etmək olmaz. 6 nəfərlik ailə iki otaqlı evdə şəraitsiz vəziyyətdə yaşayır. Ağdam icra hakimiyyəti də vəziyyətimizdən xəbərdardır. Amma indiyə qədər heç kim soruşmur ki, bu cür şəraitdə necə yaşamaq olar? Deputatımız Sadıqov Bəxtiyar isə demək olar heç bizimlə maraqlanmır. Biz heç onun üzünü görmürük. İki qardaşım şəhid olub heç bir mərasimdə iştirak etməyib", deyə Ceyhun Allahverdiyev deyib.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Tibbi-Sosial Ekspert Komissiyasının mətbuat xidmətinin rəhbəri Gülnar Əzizova bildirib ki, sözü gedən xanımın əlillik alt sistemində məlumatları yoxdur.
"Hər bir əlillik olan şəxsin reabilitasiya vasitələri üzrə təmin edilə bilsin.Şəmsiyyə Allahverdiyevə müddətsiz əlilldir. 2014-cü ildən sonra elektron reyster formalaşıb və həmin tarixdən sonra qeydiyyatdan keçənlər sistemə avtomatik düşür. 2014-cü ildən qabaq reabilitasiya vasitələrindən istifadə edən şəxslər yerli TSEK-ə müraciət etməlidir. Allahverdiyevə Şəxmsiyyə sadəcə əlillik arabası üçün doğru ünvana müraciət etməyib deyə onun məlumatları bizim sistemə gəlməyib. Ailəsindən kimsə şəxsiyyət vəsiqəsi ilə yerli TSEK-ə müraciət etsin və ən qısa zamanda həmin xanıma əlillik arabası təyin olunacaq", deyə nazirliyin sözçüsü bildirib.
"YAŞAT" fondundan anews.az-a bildirildi ki, Allahverdiyevlər ailəsinə növbəti dəstək göstəriləcək.
"Şəhidlərimiz Allahverdiyev Nazir Xasay oğlu və Allahverdiyev Tacir Xasay oğlunun ailəsinin ilk müraciəti istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə qeydə alınmış, şəhidin anasının "Kapital bank” ASC-yə olan 3 541.46 AZN (üç min beş yüz qırx bir manat qırx altı qəpik) dəyərindəki borc öhdəliyi Fond tərəfindən qarşılanıb.Şəhidlərimizin anasının növbəti müraciəti məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə qeydə alınmış, onun cari bank hesabına 2021-ci ilin 07 iyul tarixində 5 000 AZN (beş min manat) vəsait köçürülüb.Şəhidlərimizin anasının məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə növbəti müraciətinə baxılmış və aidiyyəti üzrə dəstək göstəriləcəkdir",deyə qurumdan qeyd olunub.
Nazir və Tacir Allahverdiyev qardaşları 2001-ci il aprelin 20-də Ağdamın Çullu kəndində anadan olublar. Bir yerdə məktəbə gedən qardaşlar hərbi xidmətə də bir yollanıblar. 2020-ci ili sentyabrın 27-də Vətən müharibəsi başlayanda onların tərxis olunmalarına cəmi 3 gün qalmışdı. Tacir və Nazir Allahverdiyevlər Vətən müharibəsi zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman - 24 oktyabrda Füzuli-Cəbrayıl-Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Döyüşdə göstərdikləri qəhrəmanlığa görə "Vətən uğrunda" medalı ilə təltif olunublar.
Gülnar Nazimqızı


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























