Hava kəskin dəyişəcək - Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi barədə məlumat yayıb.
Anews.az-ın məlumatına görə, bildirilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 25-i şimal-qərb qərb rayonlarından başlayaraq 27-dək bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























